Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Nant” – “Olimpik” (Lion) matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Havr” evdə “Brest”ə, “Tuluza” isə “Monpelye”yə uduzub.
“Lans” doğma meydanda “Anje”yə qalib gəlib. “Nitsa” da Marsel “Olimpik”ini 2 cavabsız qolla məğlub edib.
Beləliklə, 19 turdan sonra 47 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 37 xalal ikinci, “Monako” 34 xalla üçüncü pillədə qərarlaşıb. “Nitsa” 33, “Lill” 32, Lion “Olimpik”i və “Lans” 30, “Brest” 28, “Strasburq” 27, “Tuluza” 25, “Oser” 23, “Reyms” və “Anje” 22, “Nant” və “Sent Etyen” 18, “Renn” 17, “Monpelye” 15, sonuncu olan “Havr” isə 13 xal toplayıb.
Fransa, Liqa 1
19-cu tur
24 yanvar
Oser – Sent Etyen 1:1
Qollar: Traore, 27 – Stassin, 45.
25 yanvar
Monako – Renn 3:2
Qollar: Akliuş, 15. Beret, 52. Qolovin, 56 – Naqida, 45+1. Quiri, 67.
Strasburq – Lill 2:1
Qollar: A.Santos, 70. Emeqa, 74 – Sahraui, 8.
PSJ – Reyms 1:1
Qollar: Dembele, 47 – Nakamura, 56.
26 yanvar
Havr – Brest 0:1
Qol: Ayorke, 25.
Lans – Anje 1:0
Qol: Frankovski, 49.
Nant – Olimpik (Lion) 1:1
Qollar: M.Məhəmməd, 90 – Nuama, 10.
Tuluza – Monpelye 1:2
Qollar: Kasseres, 59 – Sanyan, 62. Maamma, 83.
Nitsa – Olimpik (Marsel) 2:0
Qollar: Gessan, 7. Ço, 51.