AZ

Kolumbiya ABŞ-yə qarşı cavab sanksiyası tətbiq etdi

Kolumbiya prezidenti Qustavo Petro ABŞ mallarına vergi tətbiq etmək barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında yazıb.

Siyasətçinin sözlərinə görə, ABŞ-dən ixrac olunan məhsullara 25% vergi tətbiq ediəcək.

Bundan başqa, o, məlum səbəblərdən qiyməti qalxmalı olacaq həmin məhsulları yerli istehsalla əvəzləməyin zəruri olduğunu da bildirib. Prezident qeyd edib ki, hökumət bunun yolları barədə düşünəcək.


Müəllif: Teleqraf.com
Seçilən
26
teleqraf.com

1Mənbələr