AZ

Kolumbiya qeyri-qanuni mühacirlərini prezident təyyarəsi ilə ABŞ-dən çıxaracaq

Qeyri-qanuni mühacirləri daşıyan ABŞ təyyarələrini qəbul etməkdən imtina edən Kolumbiya prezidenti Qustavo Petro onlar üçün öz təyyarəsinin göndərilməsini əmr edib...

Poliqon xəbər verir ki, bu barədə onun administrasiyası X sosial şəbəkəsində məlumat verib.

Yazıya görə, bu yolla ölkə hakimiyyəti ABŞ-in gün ərzində deportasiya uçuşları ilə qovduğu vətəndaşlarının vətənlərinə ləyaqətlə qayıtmasını asanlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, prezident Donald Tramp inauqurasiyadan sonra ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-a girişini dayandıracağını, həmçinin milyonlarla miqrantı deportasiya edəcəyini vəd edib. Siyasətçi Meksika ilə sərhəddə yaranmış vəziyyətə görə fövqəladə vəziyyət elan etməklə, ora qoşun göndərməklə hədələyib. Onun administrasiyası artıq sənədsiz miqrantların məhkəməsiz deportasiya edilməsinə icazə verib.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr