AZ

Belarus DİN son seçkiləri tarixin ən sakit seçkiləri adlandırıb

Belarus Daxili İşlər Nazirliyinin rəhbəri İvan Kubrakov bəyan edib ki, son prezident seçkiləri ölkə tarixində ən sakit seçkilər olub...

Poliqon BelTA-ya istinadən xəbər verir ki, nazirin sözlərinı görə, seçkiqabağı təşviqatın aparıldığı yerlərdə ictimai asayişin pozulması halı qeydə alınmayıb.

“Xaricdən vəziyyəti təhrif etməyə çalışsalar da, bizdə heç vaxt belə sakit seçkilər və ya seçki kampaniyaları olmayıb”, deyə Kurbakov bildirib.

Belarus DİN rəhbəri həmçinin həmvətənlərinə qanuna tabe olan davranışlarına görə də təşəkkür edib.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Belarusun hazırkı rəhbəri Aleksandr Lukaşenko yeddinci müddətə yenidən prezident seçilib. Lukaşenko 86,82 faiz səs topıayıb. Seçkilərdə yekun fəallıq 85,7% təşkil edib.

Avropa İttifaqı bəyan edib ki, Belarusda keçirilən son seçkiləri azad və demokratik hesab etmir və buna görə də Minskə qarşı sanksiyaları davam etdirmək niyyətindədir. Yanvarda Avropa Parlamenti Aİ ölkələrini Belarusdakı seçkilərin nəticələrini tanımamağa çağıran qətnamə qəbul edib.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr