AZ

Bitcoin, investorların mənfəəti reallaşdırmaları ilə ucuzlaşıb

Bitcoin bazar ertəsi günü 4,70 faiz ucuzlaşaraq qiyməti 101 min dollardan aşağı düşüb (Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə 100 min 298 dollara ticarət olunub). Mütəxəssislər qeyd edir ki, investorların qazanc əldə etmələri ilə (mənfəəti reallaşdırırlar) əlaqədar olaraq Bitcoin ucuzlaşır.

Ucuzlaşma, ABŞ Prezidentinin Ağ Evə kripto siyasəti ilə bağlı məsləhət vermək üçün işçi qrupunun yaradılması barədə qərarından sonra baş verir. İşçi qrupuna kriptovalyuta fondunun yaradılmasını qiymətləndirərkən altı ay ərzində ABŞ-da rəqəmsal aktivlər üçün tənzimləyici çərçivə təklif etmək tapşırılıb.

ABŞ-ın Bitcoin ehtiyatı yaradacağı gözlənilir. Tramp seçki kampaniyası zamanı bunu edəcəyinə söz vermişdir. 

Noyabrın əvvəlində Trampın seçkilərdə qələbə çalmasından sonra Bitcoin 50 faizdən çox bahalaşıb. Tramp əvvəllər kriptovalyutaya isti baxmırdı, lakin seçki kampaniyası zamanı fikrini dəyişdi. O, ABŞ-ı dünyanın kriptovalyuta paytaxtına çevirəcəyinə söz verib.

Qeyd edək ki, fond, valyuta və ya kriptovalytuta bazarından mənfəət əldə etmək, investorların əldə etdikləri mənfəəti reallaşdırmaq üçün öz qiymətli kağzılarını və ya digər investisiya alətlərini nağd pula çevirdikləri bir prosesdir.

Seçilən
7
marja.az

1Mənbələr