AZ

ABŞ  bütün xarici yardımları dayandırdı - USAID tərəfindən maliyyələşdirilən təşkilatlar yarıyolda buraxıldı

ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bütün xarici yardımlar dayandırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bütün ölkələrdəki diplomatik korpusları da məlumatlandırıb.

Qeyd edilib ki, xarici ölkələrdəki QHT, dövlət, partiya və sair kimi qurumların layihələrinin maliyyələşdirilməsinin dayandırılması proqramların effektivliyi və ABŞ-ın xarici siyasətinə uyğunluğunu dəyərləndirmək məqsədi ilə verilib: "Bu sahədəki yardımların ABŞ xalqına fayda sağlayıb-sağlamaması bəlli olmalıdır..."

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
24
mia.az

1Mənbələr