AZ

Agentlik bu qəzetlərə pul verə bilmədi

"Enerji Məsələlərini Tənzimləmə Agentliyi" publik hüquqi şəxsi qəzetlərə 2025-ci ilin 12 aylıq abunə xidməti ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin ümumi dəyəri 2 533 AZN olub. Buraya "Azərbaycan", "Xalq", "Respublika", "Yeni Azərbaycan", "Səs" və "Bakinskiy Raboçiy" qəzetləri daxil olub.

 

Cabir Həsənov


Seçilən
5
azia.az

1Mənbələr