AZ

Türkiyə prezidentinin Xocalı səfərinin xüsusi bir səbəbi var - Deputat

Deputat Rizvan Nəbiyev bildirib ki, həm Azərbaycan Respublikasının, həm də Türkiyə Cümhuriyyətinin liderləri arasında uzun illərdir yüksək səviyyədə dialoq mövcuddur.

"Türkiyə və Azərbaycanı həm qardaşlıq, həm də strateji əməkdaşlıq birləşdirir. Həm Azərbaycan Respublikasının, həm də Türkiyə Cümhuriyyətinin liderləri arasında uzun illərdir yüksək səviyyədə dialoq mövcuddur. Həm xalqlar, həm də siyasi liderlər arasında bu dialoq zaman-zaman təkcə paytaxt Bakı arasında deyil, Azərbaycanın müxtəlif bölgələri arasında da baş tutur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə keçirilən görüşlərin xüsusi simvolik bir mənası vardır. Bundan əvvəl Şuşaya səfər, tarixi Şuşa Bəyannaməsinin imzalanması, oradakı qarşılıqlı öhdəliklər və hərbi əməkdaşlıq bu gün Azərbaycanın beynəlxalq aləmdə güclənməsinə xidmət edən vacib məqamlardır".

"Operativ media" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev deyib.

"Bundan əvvəl də Rəcəb Tayyib Ərdoğanın Füzulidə hava limanının açılışında iştirak etməsi mühüm hadisə idi. Füzuliyə səfər zamanı verilən mesajlar, Azərbaycanın qərb regionları ilə Türkiyə istiqamətində dəhlizin açılması, blokadanın aradan qaldırılması və digər məsələlər müzakirə olunub. Bundan sonra isə iki ölkə arasında Qarabağ Bəyannaməsi imzalanıb.

Sonrakı səfərin xüsusi ilə Xocalıda seçilməsində xüsusi bir səbəbi var. Çünki Xocalı bizim qan yaddaşımızdır. Bir gecədə 613 günahsız insan qətlə yetirilib. Azərbaycan Respublikası Ermənistanla sülh müqaviləsi imzaladıqdan, iki ölkə arasında diplomatik münasibətlər qurduqdan sonra da, tarixi ədalətin bərpası istiqamətində diplomatik səylərimizi davam etdirəcəyik. O vaxta qədər ki, Xocalı caniləri məhkəmə qarşısında cavab versin, həm də bu soyqırıma siyasi qiymət verilsin. Çünki burada söhbət ayrı-ayrı şəxslərin törətdiyi cinayətlərdən getmir. Məsələ haqlı olaraq belə qoyulur ki, Ermənistan Respublikası, onun silahlı birləşmələri və Ermənistan Respublikasının siyasi və hərbi dəstəyi ilə Azərbaycanda yaradılmış "Dağlıq Qarabağ Respublikası"nda qeyri-leqal qrumun vasitəsi ilə törədilmiş cinayətlərdən söhbət gedir. Bu da Ermənistanı dövlət  məsuliyyətə aparan bir məsələdir".

Seçilən
28
operativmedia.az

1Mənbələr