AZ

ŞƏT ölkələrinin başçılarının sammitinin tarixi və yeri açıqlanıb

Avqustun sonu - sentyabrın əvvəlində Çində ŞƏT Dövlət Başçıları Şurasının iclasının keçirilməsi planlaşdırılır...

Poliqon xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində ŞƏT-in baş katibi Nurlan Ermekbayev deyib.

O xatırladıb ki, Çin 2025-ci ildə ŞƏT-ə sədrlik edəcək. Sammit ənənəvi olaraq sədrliyi başa çatan ölkədə keçirilir. İclasda mühüm qərarların qəbul ediləcəyi, mühüm sənədlərin imzalanaraq təsdiqlənəcəyi gözlənilir. Hazırda tədbirin hazırlanması istiqamətində gərgin və aktiv iş gedir.

Sammitdə Çinin rəhbəri Si Cinpinin şəxsən iştirak edəcəyi, sammitin isə canlı formatda keçirilməsi gözlənilir.

Qeyd edək ki, ŞƏT ölkələrinin dövlət başçılarının əvvəlki sammiti 2024-cü ilin iyulun əvvəlində Qazaxıstanda üzbəüz formatda, ondan əvvəl isə, 2023-cü ildə videokonfrans vasitəsilə keçirilib.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr