Bakı. Trend:
Xalq Bank “XalqOnline”mobil və internet bankçılıq sistemində SİMA yeni yeni nəsilrəqəmsal imzanın inteqrasiyasını həyata keçirib. Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC iləəməkdaşlıq çərçivəsində reallaşan layihə XalqOnline istifadəçiləriüçün rəqəmsal əməliyyatları sadələşdirmək və təhlükəsizliktədbirlərini gücləndirmək məqsədilə həyata keçirilib.
Artıq fiziki şəxslər “XalqOnline” sistemində gücləndirilmiş imzatələb edən əməliyyatlar üçün “SİMA İmza”dan istifadə edə bilərlər.Rəqəmsal imza vasitəsilə “XalqOnline” üzərindən ölkədaxili vəölkəxarici pul köçürmələri, eləcə də konvertasiya əməliyyatlarınıicra etmək mümkündür. Bundan başqa, müştərilər onlayn ərizəni “SİMAİmza” ilə imzalayaraq debet kart sifarişi, kredit və hesab açılmasıüçün banka müraciət edə bilərlər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.