AZ

Xərçəngə qarşı peyvəndin istifadəsinə başlanılır

Xərçəngə qarşı peyvəndin istifadə olunacağı tarix açıqlanıb.

Söz.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Gintsburq məlumat verib. 

Mərkəzin direktoru  bildirib ki, ilk xəstələr bu ilin sentyabrında mərkəz tərəfindən hazırlanmış xərçəng peyvəndini alacaqlar. 

Dərman təkcə ilkin melanomadan əziyyət çəkən insanlara deyil, həm də müalicənin bəzi mərhələlərini keçmiş şəxslərə də tətbiq olunacaq.

"Səhiyyə Nazirliyinə təqdim etdiyimiz yol xəritəsi planına görə, avqustun sonunda peyvəndin istifadəsi üçün icazə almalıyıq ki, sentyabrda insanların müalicəsinə başlayaq”, - deyə Gintsburq bildirib. 


Seçilən
13
soz.az

1Mənbələr