Millət vəkili Ceyhun Məmmədov Cəbrayıldan olan məcburi köçkünlərlə görüş keçirib. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib: "Qaradağ rayon, Qobu Park 2 yaşayış kompleksində müvəqqəti məskunlaşmış Cəbrayıldan olan məcburi köçkünlərlə görüşümüz oldu. Görüş zamanı vətəndaşlarımızın fikir və təkliflərini dinlədik, mövcud problemlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi apardıq. Seçicilərimizin problemlərini aidiyyəti qurumlar qarşısımda qaldıracağımızı bildirdik".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31