Olaylar.az xəbər verir ki, bu barədə "Vedomosti" Nyu-York əmtəə birjasının (NYMEX) məlumatlarına istinadən xəbər verir.
Ötən ilin 24 yanvarı ilə müqayisə etsək, artım 37 faiz qiymətləndirilir.
Qeyd olunur ki, bu qiymətli metal 2023-cü ilin oktyabrında bahalaşmağa başlayıb. O vaxtdan bəri onun dəyəri 57 faiz artıb. Bunun əsas səbəblərindən biri günəş enerjisinə marağın artması idi. Gümüş günəş batareyalarının istehsalında əsas rol oynayır.
Əvvəllər 2025-ci ildə gümüşün qızıldan daha sürətlə bahalaşacağı proqnozu var idi. 2024-cü ilin sentyabr ayının sonunda gümüşün qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha da aşağı salacağı gözləntiləri fonunda 2012-ci ildən bəri ən yüksək səviyyəyə yüksəldi. Həmin vaxt bu qiymətli metal 2,8 faiz bahalaşaraq bir unsiya üçün 32,71 dollar olub.