AZ

“Vəd verimlər, amma...” - Sakinlər şikayət edir - FOTOLAR

Bakıxanov qəsəbəsində Sülh küçəsi ilə Ərəblinski küçələrini birləşdirən Aşıq Alı küçəsində yol infrastrukturu bərbad vəziyyətdədir. Sakinlər həmin küçənin illərdir təmir olunmadığı bildirir.

Vətəndaşların “Yeni Sabah” redaksiyasına ünvanladığı şikayət məktubunda qeyd edilir ki, dəfələrlə yerli icra hakimiyyəti və AAYDA-ya müraciət etsələr də, heç bir nəticə olmayıb.

Sakinlərin sözlərinə görə, gecə vaxtı yolda hərəkət etmək qeyri-mümkündür, yağış yağan zamanı isə iri gölməçələr küçəni tam yararsız edir.

Şikayət məktubunu imzalayan İmran Məmmədovun söylədiyinə görə, iyul ayında yerli icra hakimiyyəti nümayəndələri məsələnin həll ediləcəyi ilə bağlı vəd versə də, heç bir iş görülməyib. 

Sakinlər, həmçinin ərazidə fəaliyyət göstərən “Bakikhanov Residence” tikinti şirkətindən də ciddi narazıdır. Şirkətin bir müddət öncə Aşıq Alı küçəsindəki ağacları kəsdiyini və yerində inşaat işi görmək istədiyi bildirilib. 

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
21
yenisabah.az

1Mənbələr