AZ

Brent markalı neftin bir barreli 77,93 dollara düşüb

Neft qiymətləri ötən həftənin enişindən sonra bazar ertəsi günü yenə ucuzlaşıb...

Poliqon bu barədə neft mənbələrinə istinadən xəbər verir.

Londonun ICE Futures birjasında Brent markalı mart fyuçerslərinin qiyməti 0,57 dollar (0,73%) ucuzlaşaraq 77,93 dollar/barelə bərabər olub.

Cümə günü Brent neftinin qiyməti 0,21 dollar (0,3%) artaraq 78,5 dollar/barelə çatıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin mart fyuçerslərinin qiyməti 1 barelə görə 0,57 dollar (0,76%) ucuzlaşaraq 74,09 dollar təşkil edib.

Əvvəlki sessiyada müqavilənin qiyməti 0,04 dollar (0,01%) artaraq 74,66 dollar/barel olub.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr