Fox News-un keçmiş aparıcısı Pit Heqsetin Pentaqon rəhbəri təyin edilməsi ABŞ silahlı qüvvələrindəki problemlərin həlli üçün zəruridir...
Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens danışıb.
O qeyd edib ki, son 40 il ərzində ABŞ çoxlu müharibələr aparıb, lakin bir dəfə də olsun qalib gəlməyib.
CBS telekanalına müsahibəsində Vensdən təyinatına bir çox senatorların etiraz etdiyi keçmiş teleaparıcının müdafiə departamentinə uğurla rəhbərlik edə biləcəyi soruşulub. Vitse-prezident cavab verib ki, indi Pentaqonun fəaliyyətində böyük dəyişikliklərə indi ehtiyac var.
"Bütün bu iki partiyalı səslər haqqında düşünəndə özümüzə sual verməliyik ki, onlar bizə nə verdilər? Onlar bizə elə bir ölkə verdilər ki, biz son 40 ildə çoxlu müharibələr aparmışıq, amma bütün həyatım boyu heç bir qələbə qazanmamışıq. Bizə ciddi kadr böhranı, satınalma qiymətləri ilə bağlı problemlər olan bir ordu verdilər, buna görə də biz milyardlarla və milyardlarla dollara təyyarə alırıq, dəhşətli xərclər bahalaşır, çatdırılmalar gecikir" deyə Vens bildirib.
Poliqon.info