Nyu-York sakinlərinə irimiqyaslı nüvə təlimlərinin başlaması haqda xəbərdarlıq edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Federal Təhqiqatlar Bürosu (FTB) məlumat yayıb.
Departamentdən bildirilib ki, təlim 2025-ci il yanvarın 26-dan 31-dək Nyu-Yorkun Şenektadi şəhəri yaxınlığında və ətrafdakı Albani, Saratoqa və Şenektadi əyalətlərində keçiriləcək.
"Genişmiqyaslı idarələrarası nüvə insidentinə cavab təlimi bölgədəki sakinlər üçün heç bir risk yaratmayacaq", - deyə FTB ictimaiyyəti qoruyucu vasitələrdə olan hərbçilərin olmasından narahat olmamağa çağırıb.
Tədbirlərə federal, əyalət və yerli hüquq-mühafizə təyyarələrinin cəlb olunacağı da bildirilir.