Bakı. Trend:
Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şamil Quliyevinqanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumatdaxil olub.
Trendxəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb.
Ondan 9 ədəd patron, 1 ədəd patron darağı və gizlətdiyi yerdən 1ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı iləŞ.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.