AZ

Kolumbiyada 63 silahlı təslim oldu

Kolumbiyanın şimalındakı Katatumbo bölgəsində silahlı qruplaşmanın 63 üzvünün təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Kolumbiyanın keçmiş” İnqilabçı Silahlı Qüvvələri” (“FARC”) 33-cü cəbhəsinə bağlı olduğu bildirilən 63 nəfər Tibu qəsəbəsində silahları ilə təhlükəsizlik qüvvələrinə təslim olub.

Ordudan verilən açıqlamada, quruda aparılan araşdırmalar zamanı əsgərlərin 1 ton partlayıcı maddə, 54-dən çox uzun lüləli silah, 2 pulemyot, 1 snayper tüfəngi, 25 tapança və çoxlu sayda güllə ələ keçirdiyi bildirilib.

Açıqlamada zorla işə götürülən 20 uşağın xilas edildiyi, təşkilata aid rabitə vasitələri və maddi-texniki materialların ələ keçirildiyi paylaşılıb.

Digər tərəfdən, Kolumbiya Müdafiə Nazirliyi tərəfindən edilən başqa bir açıqlamada silahlı qiyamçı təşkilat “Milli Azadlıq Ordusu”nun (“ELN”) 4 liderinin tutulması üçün məlumat verənlərə 700 min dollar mükafat veriləcəyi açıqlanıb.

Seçilən
8
2
cebheinfo.az

4Mənbələr