Ukrayna münaqişəsinin həlli üzrə danışıqların başlanmasının mümkün tarixi açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sülh danışıqları yaxın vaxtlarda - bu ilin aprel-may aylarında başlaya bilər. Ondan əvvəl Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş keçirilə bilər.
"Əvvəlcə atəşkəs elan olunacaq. Sonra sülh danışıqları başlayacaq", - deyə məqalədə vurğulanıb.
Materialın müəllifinin qeyd etdiyi kimi, Türkiyə bu danışıqlar prosesində vasitəçi ola bilər.