14 yaşlı Mattia Ahmet Minguzzi İstanbulun Kadıköydəki bit bazarında qan donduran hücumun hədəfi olub. Məşhur italyan aşpazı Andrea Minguzzi və violonçel ifaçısı Yasemin Akıncıların oğlu olan gənc oğlan alış-veriş edərkən başına gələn bıçaq zərbəsi nəticəsində ağır yaralanıb. O reanimasiyadadır.
İddialara görə, bazarda bir nəfər çiynini Minquzinin üstünə qoyub, “sən çox yaraşıqlısan” deyib. Minguzzi “Bağışlayın, qardaş” deyə cavab verəndə hücum edən şəxs bir neçə metr uzaqlaşıb, sonra əlində bıçaqla geri qayıdıb və “Mən sənin qardaşın necə olum?” deyərək gənci hədəfə alıb.
Təcavüzkar əlindəki bıçaqla Minguzzi'yi sinəsindən 5 dəfə yaralayıb. Həmin vaxt yanında olan digər təcavüzkar yerdə qanlar içində olan gənci təpiklə vurub. Hadisə bazarın təhlükəsizlik kameralarına anbaan əks olunarkən, mağaza sahibləri müdaxilə etməyə fürsət tapa bilmədən təcavüzkarlar sürətlə hadisə yerindən qaçıblar.
Hadisə yerində olan qadın həkim talehsiz uşağa ilkin tibbi yardım göstərib. Həkim Minguzzinin sağ qalmasını ürək masajı və süni tənəffüslə təmin edib və təcili yardım gələnə qədər gənc uşağı sağ saxlayıb. Minguzzi Göztepe Şəhər Xəstəxanasına aparılaraq reanimasiyaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.