Çində müasir insanlardan daha böyük beyni olan insanın qalıqları tapılıb ki, bu da yeni bir növün varlığına sübut ola bilər...
Poliqon xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qalıqlar 1970-ci illərdə Şansi və Hebey əyalətlərinin sərhəddində tapılıb. Onlar 200.000 ilə 160.000 il əvvəl yaşamış 16 nəfərə aid 21 fosili təmsil edir.
Qalıqları Manoadakı Havay Universitetinin Antropologiya departamentinin professoru Kristofer Bay və Pekindəki Onurğalılar Paleontologiyası və Paleoantropologiya İnstitutunun baş professoru Vu Xiujie tədqiq edib. Onları araşdırdıqdan sonra elm adamları fosillərin əvvəllər məlum olmayan qədim homininlərə aid ola biləcəyini irəli sürüblər.
Mümkün bir insan əcdadının fərqli bir xüsusiyyəti böyük beyindir. Onun kəllə tutumunun müasir insanlarda 1450 kubsantimetr olduğu halda, 1700-1800 kub santimetrə çata biləcəyi güman edilir. Bay və Vu yeni növə Homo juluensis adını verməyi təklif ediblər.
Poliqon.info