AZ

ABŞ-dan tarixi qərar: Bütün xarici yardımlar dayandırıldı, onların yeni strategiyası necə olacaq?

ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bütün mövcud xarici yardımların dayandırıldığı açıqlanıb.

Editor.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, bu qərarın məqsədi xarici yardımın effektivliyini və ABŞ-ın xarici siyasətinə uyğunluğunu yoxlamaqdır.

Açıqlamada, yardıma yenidən baxılmasının “mənəvi öhdəlik” olduğu ifadə edilərək, xərclərin Amerika xalqına fayda verməsi lazım olduğu vurğulanıb. Yeni administrasiyaya görə, bu, indi ölkənin strategiyasıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr