AZ

Türkiyə Prezidenti Ərdoğan Ukrayna münaqişəsinin həllində vasitəçi ola bilər – ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həllində vasitəçi rolunu oynaya bilər. 

Olaylar.az xəbər verir ki, "Hürriyət" qəzetinin yazdığına görə, Ukrayna prezidenti Volodimir Zelenski üçün sülh danışıqlarından qaçmaq mümkün olmayacaq.

Türkiyə hökumətinə yaxın olan nəşr bildirir ki, Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putin, həm də Zelenski ilə danışıqlar apara biləcək gücə malikdir. İndi isə bu siyahıya ABŞ-nin keçmiş prezidenti Donald Tramp da əlavə olunub.

"ABŞ-nin dəstəyindən məhrum qalan Zelenskinin danışıqlardan qaçmaq şansı yoxdur", - məqalədə qeyd olunur.

Eyni zamanda, nəşr sülh danışıqlarının 2025-ci ilin aprel-may aylarında başlaya biləcəyini ehtimal edir.

Bununla belə, Rusiyada və ABŞ-də münaqişənin həlli üçün görüşlərin keçirilməsinin vacibliyi vurğulansa da, Zelenskinin sülh danışıqlarını pozmağa çalışdığı iddia olunur.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da bu fikri təsdiqləyib. Onun sözlərinə görə, nə Kiyev, nə də Qərb Ukrayna münaqişəsinin həlli üzrə sülh danışıqlarına real hazır olduqlarını nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr