İspaniya Mülki Qvardiyası Baham adaları bayrağı altında üzən “Baltic Summer” konteyner gəmisini Portuqaliya sahillərində sularda saxlayıb.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, gəminin ekipajı ruslar və belaruslardan ibarətdir və gəmi Puerto Bolivar limanından Sankt-Peterburqa üzürmüş.
"The Maritime Executive" xəbər verir ki, konteyner gəmisi narkotik qaçaqmalçılığında şübhəli bilinir və hərtərəfli axtarışdan keçirilib. Axtarışlara Mülki Qvardiyanın Mərkəzi Əməliyyat Bölməsinin mütəxəssisləri cəlb olunub. Nəşr iddia edir ki, yoxlama zamanı heç nə aşkar olunmayıb, ona görə də ekipajın və gəminin buraxılmasına qərar verilib.