AZ

Türkiyə Suriyaya yardım üzrə əlaqələndirmə mexanizmi yaradıb

Bakı.Trend

Türkiyə hökuməti Suriyaya yardımın göstərilməsi üzrəəlaqələndirmə mexanizmi yaradıb.

Trend türkKİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin XİNrəhbəri Hakan Fidan deyib.

Türkiyəli ali diplomat Avropa İttifaqının yaxın günlərdə rəsmiDəməşqə qarşı tətbiq olunmuş sanksiyaları qaldıracağını ümidetdiyini bildirib.

“Biz ümid edirik ki, ABŞ-nin Suriyaya qarşı sanksiyaları qismənləğv etməsinin ardından, Avropa İttifaqı da yaxın günlərdə bir sıraməhdudiyyətləri aradan qaldıracaq. Türkiyə Suriyaya nəqliyyat,energetika və səhiyyə kimi sahələrdə operativ yardımın göstərilməsiüçün əlaqələrndirmə mexanizmi yaradıb. Suriyalılar bizimqardaşlarımızdırlar və əlbəttə ki, Suriyada sabitliyin bərqararolması və onun iqtisadi baxımdan inkişaf etməsi bizim üçün həyatiəhəmiyyətlidir”, - nazir qeyd edib.

Fidan eyni zamand, Suriyada inklüziv hökumətin qurulması,ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunmasınınvacibliyini vurğulayıb.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr