AZ

Neymarın keçidi bu həftə rəsmiləşəcək?

"Əl-Hilal"ın hücumçusu Neymar karyerasını "Santos"da davam etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər şifahi razılığa gəliblər. Müqavilənin bu həftə rəsmiləşəcəyi gözlənilir.

Futbolçu bu ay "Santos"a keçmək istəyir. O, Səudiyyə Ərəbistanı klubu ilə müqavilənin bitməsinə 6 ay qalmasına baxmayaraq klubunu dəyişməkdə maraqlıdır. Neymar maaşını ciddi şəkildə azaltmağa da hazırdır. Ona görə də onun transferinə yeganə maneə "Əl-Hilal" ilə müqaviləsidir.

Seçilən
25
publika.az

1Mənbələr