AZ

Yüz minlərlə fələstinli evlərinə qayıdır – İsrail ordusu yaşayış məskənlərini xaraba qoyub

HƏMAS-ın israilli girov Ərbel Yahudu və daha iki girovu azad edəcəyinə söz verdikdən sonra İsrail Qəzza zolağının sakinləri üçün bölgənin şimalına marşrut açıb.

Agentliyin canlı görüntüləri minlərlə fələstinlinin əsasən piyada olaraq Qəzza zolağının şimalına doğru getdiyini göstərir. Onların bir çoxu bir ildən artıqdır ki, İsrailin hərbi əməliyyatıarına görə evlərini tərk etməyə məcbur olub.

Qeyd olunur ki, sektorun şimalındakı binaların əhəmiyyətli bir hissəsi dağıdılıb və insanlar faktiki olaraq xarabalıqlara qayıdırlar. Ümumilikdə bölgənin təxminən 650 min sakininin şimala qayıtması gözlənilir.

İsrailin Qəzzanın şimal marşrutunu açması yanvarın ortalarında əldə edilmiş atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın bir hissəsi idi. Lakin HƏMAS şənbə günü girov götürdüyü dörd israilli qadın əsgəri azad etdikdən sonra İsrail, qarşı tərəfin qrupun rəhbəri Ərbel Yahudu azad etməməklə razılaşmanı pozduğunu söylədi. İsrail Yahudun azad edilməsinə qədər qəzzalıların şəhərin şimal hissəsinə daxil olmasına icazə verməyəcəyini bildirib.

HƏMAS vasitəçilərə Yahudun sağ olduğunu və gələn şənbə günü azad ediləcəyini bildirib, lakin sonradan onun azad olunma tarixini uzadıb. Onunla bərabər hərbçi Agam Berger və daha bir girovun azad ediləcəyi bildirilir. Bu, təqvimdən kənar baş verəcək - şənbə, fevralın 1-də daha üç girov azad ediləcək.

Qeyd olunur ki, HƏMAS-ın əsir götürdüyü 90 nəfər Qəzzada qalır. Onlardan bir neçəsinin öldüyü güman edilir.

Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində HƏMAS-ın azad etməli olduğu girovlar siyahısında 33 nəfər var. Onlardan 7-si indiyədək sərbəst buraxılıb. Buna cavab olaraq İsrail ümumilikdə iki minə yaxın fələstinlini həbsxanalarından azad edir.

“AzPolitika.info”

Seçilən
7
35
azpolitika.info

10Mənbələr