AZ

ABŞ xaricə olan yardımlarını dayandırır

Bakı, TurkicWorld

ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığı elan edib.

TurkicWorld xəbər verir ki, Dövlət Departamentinin açıqlamasına görə, yardım proqramlarının effektivliyi və ABŞ-ın xarici siyasətinə uyğunluğu qiymətləndirilmək üçün ödənişlər müvəqqəti olaraq kəsilib.

Bəyanatda, bu qərarın həm mənəvi öhdəlik, həm də Amerika xalqının maraqlarını qorumaq üçün atıldığı vurğulanıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 21-də vəzifəyə başladıqdan dərhal sonra xarici yardımları dayandırmaq üçün fərman imzalamışdı. Bu fərmana əsasən, xarici ölkələrə edilən ödənişlər azaldılacaq və yardım proqramlarının məqsədə uyğunluğu 90 gün ərzində araşdırılacaq.

Qeyd edək ki, Birləşmiş Ştatların xarici inkişaf yardımı proqramı iqtisadi, sosial, texniki və humanitar sahələrdə yardım göstərməyi əhatə edir. Bu yardımların dayandırılması bir çox ölkənin ABŞ-dan aldığı dəstəyi müvəqqəti olaraq itirəcəyi anlamına gəlir.

Seçilən
3
turkic.world

1Mənbələr