AZ

Bu ölkələr birlik yaradır


Səudiyyə Ərəbistanı və İtaliya münasibətləri gücləndirmək üçün Strateji Tərəfdaşlıq Şurası yaratmaq barədə razılığa gəliblər. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman və İtaliyanın baş naziri Giorgia Meloni Əl-Ula şəhərində görüşərək iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün danışıqlar aparıb.

Görüşdə ikitərəfli əməkdaşlıq və ümumi maraqlara xidmət edən münasibətlərə dair müxtəlif məsələlər müzakirə olunub.

Danışıqlardan sonra iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurası yaratmaq barədə razılığa gəlinib.

Cəmalə

Seçilən
6
azxeber.com

1Mənbələr