AZ

Özbəkistanda müğənnilərin fonoqram oxuması məhdudlaşdırılır

Yazını böyüt
Yazını kiçilt

Özbəkistanda müğənnilərdən konsertlərdə fonoqramdan nə dərəcədə istifadə edəcəklərini əvvəlcədən bildirmələri tələb olunacaq.

Hafta.az-ın Podrobno.uz-a istinadən yazdığına görə, senatorlar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mədəni fəaliyyət və mədəniyyət təşkilatları haqqında” və “Reklam haqqında” qanunlara əlavə və dəyişikliklər edən qanunu təsdiqləyiblər.

“Bu, tamaşaçılara hansı müğənninin oxuduğunu, musiqini kimin yazdığını, ifanın nə qədər canlı olduğunu, saundtrekdən istifadə edilib-edilmədiyini bilmək üçün məlumatlı seçim etməyə kömək edəcək”, - Senatın bəyanatında deyilir.

Yeni standartların tətbiqi musiqi sahəsinin daha da inkişafına, yeni istedadların üzə çıxarılmasına, canlı ifa edən müğənni və musiqiçilərin fəaliyyətinin geniş stimullaşdırılmasına xidmət edir.

Bundan başqa, Mədəniyyət Nazirliyinə canlı ifa sənətinin inkişafı, sənət adamlarının, yaradıcı işçilərin və ifaçıların dəstəklənməsi ilə bağlı bir sıra səlahiyyətlərin verilməsi nəzərdə tutulur.

Seçilən
14
hafta.az

1Mənbələr