AZ

Türkiyədə kibercasusluq əməliyyatı nəticəsində 5 nəfər həbs edildi

Türkiyədə hüquqşünaslar üçün xüsusi olaraq hazırlanmış \"Avatar” və ya \"Ədalət” kimi tanınan proqram təminatının meneceri və tərtibatçıları da daxil olmaqla 5 nəfər saxlanılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilib.
 
Belə ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində vəkillər üçün xüsusi olaraq hazırlanmış \"Avatar” və ya \"Ədalət” kimi tanınan, yüzlərlə hüquqşünas tərəfindən istifadə edilən və vətəndaşların şəxsi məlumatlarının saxlanıldığı proqram təminatının qeyri-qanuni formada satıldığı məlum olub. 

Proqram təminatının UYAP (Milli Məhkəmə Şəbəkəsi Layihəsi) ilə inteqrasiyada işlədiyi və bununla da geniş istifadəçi şəbəkəsinə çatdığına dair aldadıcı ifadələrlə satıldığı üzə çıxıb.

MİT-in verdiyi kəşfiyyat məlumatı nəticəsində İstanbul və İzmirdə eyni vaxtda həyata keçirilən əməliyyatda aralarında proqramın meneceri və tərtibatçılarının da olduğu 5 nəfər saxlanılıb.
 
Saxlanılanların hər biri tutularaq həbsxanaya göndərilib.
 
Qeyd edək ki, əməliyyat çərçivəsində bu proqram təminatından hansı vəkillərin istifadə etdiyi ilə bağlı ətraflı araşdırmalar davam edir.
 
Oksana
Seçilən
8
azxeber.com

1Mənbələr