AZ

Ərdoğan müxalif siyasətçini vitse-prezident təyin edib? - Rəsmi mövqe

İYİ Partiyasının keçmiş sədri Meral Akşenerin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kabinetdə yer alacağı və vitse-prezident olacağı iddia edilir. 

Ölkə.Az xəbər verir ki, bu barədə "Cumhuriyyət" nəşri yazıb. 

Nəşrin yazdığına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif “İYİ” partiyasının keçmiş lideri Meral Akşeneri vitse-prezident təyin edib.

“Cümhuriyyət”in jurnalisti Erdal Saklamın sözlərinə görə, Akşenerin təyinatı artıq təsdiqlənib. Bununla da prezident Ərdoğanın kabinetində vitse-prezidentlərin sayı ikiyə qalxıb.

Məsələ ilə bağlı "Euronews"a açıqlama verən Akşenerin sözçüsü səslənən iddiaları təkzib edərək bunları deyib: 
"Mən heç demirəm ki, onun vitse-prezident olacağı ilə bağlı deyilənlər yalandır, tamamilə yalandır. O, aktiv siyasətdən uzaqlaşıb".

Eyni zamanda bildirilib ki, Akşenerin gələcək üçün heç bir siyasi planları yoxdur.

Mürtəza
Ölkə.Az

Seçilən
17
50
olke.az

10Mənbələr