AZ

"Vlahoviç 3 ildir ki, "artırmır" - "Yuventus"un sabiq hücumçusu

"Yuventus"un sabiq hücumçusu Alessandro Matri Turin komandasının 24 yaşlı serb hücumçusu Duşan Vlahoviçdən danışıb.

Fanat.Az xəbər verir ki, Matrinin sözlərini tanınmış jurnalist Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Vlahoviç 3 ildir ki, "artırmır". Buna görə Massimiliano Alleqrini qınayırdılar, amma onun indiki baş məşqçi Tyaqo Motta ilə də problemi var. Ola bilsin ki, Duşan özü günahkardır. Lakin digər tərəfdən, o, meydanda istədiyi sayda ötürmə ilə təmin edilməyə də bilər. Onun hələ müqaviləsi ilə bağlı da müəyyən problemlər mövcuddur". 

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 26 matça çıxan Vlahoviç 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Serbiya millisinin üzvünün "ağ-qaralar"la anlaşmasının müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Duşanın transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
17
fanat.az

1Mənbələr