Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri bu il anti-terror təlimləri bu il keçirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ŞƏT-in baş katibi Nurlan Yermekbayev müsahibəsində bildirib.
"Məlumat mübadiləsi, fəaliyyətin əlaqələndirilməsi ilə yanaşı, mütəmadi olaraq terrorizm, ekstremizm və separatizmlə mübarizə istiqamətində əməli tədbirlər həyata keçirilir. Bu il tarixin müəyyənləşdirilməsini və terrorla mübarizə təlimlərinin də keçirilməsini gözləyirik", - deyə Yermekbayev qeyd edib.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən yaradılmış beynəlxalq təşkilatdır. Bu günə qədər bura müxtəlif vaxtlarda sadalananlardan əlavə Hindistan, Pakistan, Belarus və İranın qoşulduğu 10 ölkə daxildir.