Bakı. Trend:
Əsası 2006-cı ildə qoyulmuş Azərbaycan İnvestisiya Şirkəti (AİŞ)üçün 2020–2024-cü illər iqtisadiyyatın əsas sektorlarınıntransformasiyasına və dayanıqlı inkişafa xidmət edən layihələrinhəyata keçirilməsinə yönəlmiş aktiv fəaliyyət dövrü oldu.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, son 5 ildəvəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri 1,7 milyard manataçatıb.
Bildirilib ki, bu məbləğin 292 milyon manatı bilavasitə AİŞtərəfindən təsdiqlənmiş investisiya vəsaitidir: “Bundan başqa, 476milyon manat məbləğində birbaşa xarici investisiya cəlb etməkmümkün olub. Xüsusən cəlb edilən vəsaitlərin nisbətini qeyd etməkyerinə düşər: AİŞ-in yatırdığı hər 1 manata görə beynəlxalq vəyerli investorlardan, həmçinin maliyyə institutlarından 6,5 manatcəlb olunub. Birbaşa xarici investisiyalar çərçivəsində isə bunisbət AİŞ-in yatırdığı hər 1 manata 1,62 manat təşkil edib. Bumultiplikator effekti şirkətin investisiya tərəfdaşı kimi yüksəksəmərəliliyini nümayiş etdirir.
Məlumata görə, cəlb edilmiş investisiyalar 23 layihənin həyatakeçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinintikintisinə yönəldilib: “Bu təşəbbüslər ölkənin istehsalimkanlarını gücləndirməklə yanaşı, növbəti bir neçə il ərzində2300-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək. AİŞrəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac vəidxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir.Hal-hazırda AİŞ sayəsində qida və əczaçılıq sənayesi sahəsində,eləcə də tikinti materialları və geyim sahəsində stratejiməhsulların fəal istehsalı həyata keçirilir ki, bu daiqtisadiyyatın, biznesin və əhalinin həyati əhəmiyyət kəsb edənməhsullarla təmin edilməsinin mühüm göstəricisidir”.