AZ

Xərçənglə mübarizə aparan məşhur teleaparıcı gizli şəkildə evləndi

Məşhur aktyor və teleaparıcı Otar Kuşanaşvilinin həyat yoldaşı Olqa Frolova "Tı ne povereş!” verilişində teleaparıcı ilə rəsmi nikaha girdiyini açıqlayıb.

Frolova etiraf edib ki, o, Kuşanaşvili ilə 2024-cü ilin yayında evlənib. Həmin vaxt onların 20 illik münasibəti olub. Cütlüyün 15 yaşı olan Daniil adlı oğlu da var. Şoumenin həyat yoldaşının dediyinə görə, Otar xərçəng xəstəliyi ilə mübarizə apardığına görə evlənmək qərarına gəliblər.

“İş ondadır ki, xəstəxanaya yalnız ilk olaraq qohumlar baş çəkə bilər. Ona görə də deyə bilmərəm ki, bu addım ona böyük sevinc və  bəxş etdi”, - deyə teleaparıcının həyat yoldaşı paylaşıb.

Kuşanaşvili 2024-cü ilin iyun ayından xərçənglə mübarizə aparır. O, iyul ayında kimyaterapiyaya başlayıb. Teleaparıcı təkcə bir dərman- iynə üçün 10 min rubl ödədiyini söyləyib. O. üç ay ərzində gündə iki dəfə prosedurlardan keçib.

Tural

Seçilən
13
news365.az

1Mənbələr