AZ

Ötən il KOB evlərində sahibkarlara 456 minə yaxın xidmət göstərilib

Bakı. Trend:

Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zərurisənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçünmüraciət ediblər.

2024-cü il ərzində KOB evlərində sahibkarlara ümumilikdə 455944xidmət göstərilib. Bu xidmətlərin 307 mindən çoxu “Bakı KOBevi”nin, 112 mindən çoxu “Yevlax KOB evi”nin, 22 mindən çoxu“Xaçmaz KOB evi”nin, 14 min 600-dən çoxu isə “Xaçmaz KOB evi”ninXudatdakı xidmət mərkəzinin payına düşür.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 408 minəyaxını dövlət qurumları (“G2B”), 48 mindən çoxu isə biznesqurumları (“B2B”) tərəfindən təqdim edilib.

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirməküçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fizikişəxsin vergi uçotuna alınması və digər vergi məsələləri, gömrük,kommunal və digər ödənişlər, bank xidmətlərindən istifadə üçünmüraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluqsəviyyəsi 98% təşkil edib.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin (KOBİA) strukturuna daxildir. KOB evlərində ümumilikdə50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyətiüçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlərgöstərilir.

Seçilən
10
30
az.trend.az

10Mənbələr