“Qarabağ” Futbol Klubu (FK) üçün Avropa liqası oyunları artıq bitdi. Bu seriyanı klub məğlubiyyətlə başa çatdırdı. Hərçənd qarşıda bir oyun da var, amma onun nəticəsi Ağdam klubu üçün heç nəyi dəyişmir.
FCSB-nin baş məşqçisinin “Bizim bəxtimiz gətirdi ki, “Qarabağ”a qalib gəldik”, - deməsi çox maraqlı idi. Onda “bəxti gətirməyən” “Qarabağ”ın baş məşqçisi Qurbanov indən belə bu bəxt söhbətinə inanaraqmı işini quracaq, yoxsa müdafiəsiz qalan müdafiəni gücləndirməyi düşünəcək?
Mia.az saytının əməkdaşının bununla bağlı sualına cavabında Qurbanov bildirib ki, bəxtə yox, çalışaraq qazanmağa inanır:
- Qurban müəllim, rəqib komandanın baş məşqçisi sizin komandanın oyununu çox təriflədi və öz komandasının qələbəsini bəxtə bağladı. Siz bəxtə inanırsınızmı və bu oyunun nəticələrini belə şərh etmək olarmı? Digər tərəfdən, sizin oyunda daha çox hücum elementləri çox idi və rəqib komandanın baş məşqçisi də vurğuladı ki, siz hücumda olan komandasınız. Onlar daha çox müdafiəyə meyllidi. Nə deyə bilərsiniz bu barədə? “Qarabağ”ın müdafiə tərəfini gələcəkdə gücləndirməyi düşünürsünüzmü?
Zülfiyyə Mustafayeva
MİA.AZ