Nyu-Yorkda genişmiqyaslı nüvə təhlükəsizliyi təlimləri başlayıb.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun saytında məlumat verilib. Təlimlər 26-31 yanvar tarixlərində baş tutacaq. Onlarda hərbi personal və aviasiya iştirak edəcək. “Təlim iştirakçıları real şəraiti imitasiya etmək üçün fərdi qoruyucu vasitələr taxaraq əməliyyatlar həyata keçirəcəklər. Təlimdə federal, əyalət və yerli hüquq-mühafizə təyyarələri də iştirak edəcək”, – FTB ictimaiyyətə xəbərdarlıq edib.
Ərazidə yaşayan sakinlərdən təşviş olmamağa çağırılıb. Təlimlərin həssas olacağı və bağlı qapılar arxasında keçiriləcəyi xəbərdarlığı edilir.
//Gülnarə Abasova, Editor.az