Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş növbəti dəfə 2028-ci ildə keçiriləcək prezident seçkiləri barədə danışıb.
“Cebheinfo.az” xəbər verir ki, siyasətçi indidən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədinin kim olacağı barədə danışmağın tez olduğunu deyib.
Mansur Yavaş bu müzakirələrdə yer almaq istəmədiyini söyləyib:
“Prezidentliyə namizədimizin kim olacağı ilə bağlı müzakirələr bizi yorar. Günü gələndə kim namizəd olmaq istəyir, kim namizəd olmaq istəmir, ovaxtkı vəziyyətin necə olduğuna baxarıq. Mən bu gün namizədlik müzakirəsinin içində olmaq istəmirəm. Partiyamın da bunun içinə girməsini doğru hesab etmərəm”.
O, hazırda Ankara Böyük Şəhər Bələdiyyəsindəki işinə fokuslandığını dilə gətirib:
“İşimizə baxaq, hər kəs işini görsün. Mən Ankarada uğurlu olmaq üçün nələr edə biləcəyimi düşünürəm. Günü gələndə kimin namizəd olacağı və ya namizədin necə müəyyən olunacağı barədə fikrimi deyərəm. İndidən namizəd müəyyən etmək istiqamətində çalışmaq doğru deyil”.