AZ

Belqradda tələbələr etiraz aksiyası keçirirlər

Belqrad, 27 yanvar, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda tələbələr etiraz aksiyası keçirirlər.

AZƏRTAC xəbər verir ki, aksiyaya Belqrad Universitetinin müxtəlif fakültələrində təhsil alan yüzlərlə tələbə qoşulub. Onlar Belqradın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Autokomandanın qarşısına toplaşaraq yolları bağlayıblar.

Tələbələr ötən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəza ilə bağlı bütün tələblərin yerinə yetirilməsini istəyirlər.

Aksiyanın 24 saat davam edəcəyi bildirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Seçilən
19
azertag.az

1Mənbələr