AZ

Beynəlxalq Türk Akademiyası ilə IICAS arasında əməkdaşlıq inkişaf etdirilir

İstanbulda Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (IICAS) Elmi Şurasının 27-ci sessiyası keçirilib.

İclasda Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti, IICAS Elmi Şurasının üzvü akademik Şahin Mustafayev, eləcə də türk ölkələrinin elmi ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.

BTA-dan TƏHSİL.BİZ-ə bildirilib ki, sessiyada gündəlikdəki məsələlərin təsdiqi, 2024-cü il üçün əvvəllər imzalanmış memorandumların qiymətləndirilməsi, gələcək birgə layihələrlə bağlı gözləntilər müzakirə edilib.

Beynəlxalq Türk Akademiyası ilə IICAS arasında türk xalqlarının ortaq mədəni irsinin tədqiqi və bu sahədə layihələrin həyata keçirilməsi məqsədilə elmi əməkdaşlığa əsaslanan əlaqələr inkişaf etdirilib. Bundan əlavə, bu əməkdaşlıq çərçivəsində Mərkəzi Asiyanın tarixi, mədəniyyəti və elmi ilə bağlı aktual problemlərdən bəhs edən çoxlu dəyərli əsərlər nəşr edilib.

Seçilən
6
tehsil.biz

1Mənbələr