AZ

Qobustanda kişi arvadını boğdu, peşiman oldu: "Başımı sinəsinə qoyub..."

Qobustan rayonunda 1973-cü il təvəllüdlü Zahid qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Günayı (adla şərti verilib – red.) öldürüb.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 2 mart 2024-cü ildə baş verib.

Zahidlə 1982-ci il təvəllüdlü arvadı Günay arasında sözlə mübahisə yanıb. Mübahisə zamanı o, arvadını boğaraq öldürüb.

İstintaq orqanı Zahidin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahid özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 7 sentyabr 2001-ci ildə öz istəyi ilə Günayla el adətiylə toyları olub, 27 sentyabr 2002-ci ildə aralarında rəsmi nikah bağlanıb: “Bu nikahdan bizim iki oğlumuz dünyaya gəldi. 1 avqust 2022-ci ildən Qobustan Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma idarəsində bağban işləməyə başladım. 2024-cü il yanvarın 1-dək orada fəhlə işlədim. Həmin ilin mayında isə mənimlə əmək müqaviləsinə xitam verildi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü ilin fevralın 12-də təxminən saat 22-23 radələrində oğlu Talehi danladığı üçün arvadı Günay ondan küsərək atasından qalma, qardaşı Vəliyə məxsus evə gedib: “Uşaqlar - 2002-ci il təvəllüdlü Taleh və 2004-cü il təvəllüdlü Sərxan da analarıyla getdilər. Günay küsüb getdikdən sonra 3-4 gün onun qaldığı evə ayaq basmadım. Sonrakı günlərdə isə oraya getdim. Hətta orada yemək yeyib, çay içdim. Günay da oraya getməyimə etiraz etmədi”.

“Əməliyyat olunmalı olduğunu dedi”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2 mart 2024-cü ildə təxminən saat 8 radələrində Günayın qaldığı evə gedib: "Sərxan yatmışdı. Günayla evimizə qayıtması üçün təxminən 10-15 dəqiqə söhbət etdim. Onun qayıtmağa könlü olsa da, oğlumu danladığım üçün küsdüyündən mənimlə gəlmədi.

Mən oradan çıxaraq tək evimizə döndüm. Günay atası evində qaldığı zaman həkimə getmişdim. Həkim arvadımın ödündən əməliyyat olunmalı olduğunu demişdi. Mən Günayın yanına gedəndə maaş kartını da ona apardım ki, adıma kredit götürüb, əməliyyat olunar. Bu məsələ ilə əlaqədar Günayla söhbət etmək üçün təxminən saat 10 radələrində yenidən onun yanına getdim. Darvazanın bağlı olduğunu görəndə hasarın üstündən həyətə keçdim.

Həyətdə evə tərəf getdim, qapını döydüm. Günay “kimdi?” deyə soruşdu. Mən də ona gəldiyimi dedim”.

“Bildirdi ki, ikinizin arasında qalmışam”

Təqsirləndirilən şəxs qeyd edib ki, Günayla onun əməliyyatı olunması ilə bağlı söhbət ediblər: “Oğlum Sərxanın içəri otaqlardan birində yatdığını düşündüm. Hava soyuq olduğu üçün Günaydan çay istədim. O, mətbəxə keçərək çay dəmləyib gətirdi və qonaq otağındakı stolun üzərinə qoydu. Günaya tək qala bilmədyimi dedim. O da bildirdi ki, ikinizin arasında qalmışam, neyləyim, gedib özümü öldürüm? “Taleh gələr, ona da başa salaram” dedim.

Bu söhbətdən əsəbiləşdim, divanda oturaraq, sonra ayaq üstə, daha sonra qaz sobasının yanında dayanıb danışdıq. Həmin gün həftənin 6-cı günüydü. Ümumiyyətlə, hər həftənin 6-cı günü Günay bacısıgilə gedərək orada yuyunub gəlirdi.

Söhbət əsnasında Günay bacısıgilə getməyə hazırlaşdı. Onun başında şərf də vardı. Günayın qaldığı evə piyada yolla gələndə Qobustan şəhərində onların evinə gedən yolun kənarından ağ rəngli sintetik ip tapıb cibimə qoymuşdum. İpi Günayla yaşadığımız evdə olan üzüm ağaclarını bağlamaq üçün götürmüşdüm. Çünki tənəkləri hər il bağlamasaq, üzümlər yerə tökülüb heyf olur. Tapdığım sintetik ipin ucları bir-birinə düyünlüydü”.

“Arvadımı öldürdükdən sonra...”

Zahidin ifadəsinə görə, Günay evə qayıtmadığı üçün daha da əsəbiləşib və aralarında mübahisə yaranıb: “Mübahisə zamanı “boğ məni, canımı qurtar” dedi. Həmin vaxt əsəbi vəziyyətdəydim. Dəfələrlə mənimlə evimizə qayıtmasını xahiş etsəm də, Günay razılaşmadı.

İp gödəkçəmin cibindəydi. Gödəkçəmi soyunub oturacaq stulunun üzərinə qoymuşdum. Əsəbiləşdiyim üçün gödəkçəmin cibindən ipi götürdüm və Günayın yan tərəfdən boğaz nahiyəsinə keçirdim, hər iki əlimlə dartıb onu boğdum. Mən ayaq üstə, Günay isə xalçanın üzərinə dizi üstə oturmuşdu.

Günay yerə uzanaraq xırıldamağa başladı. Günayı boğandan sonra onun yanından durub mətbəxə keçdım. Bıçağı götürüb geri qayıtdım. Daha yaşamaq istəmədiyimdən özümün boğaz nahiyəmdən bir neçə dəfə kəsdim. Daha sonra oğlum Sərxanı səslədim. Çünki elə bilmişım ki, Sərxan evdədir. Səsimə səs verən olmadı. Sərxanın evdə olmadığını başa düşdüm”.

“Arvadımın öldüyünü başa düşdüm”

Seçilən
8
3
publika.az

3Mənbələr