AZ

Sərnişinlərin qanunsuz hərəkəti qatarı 1 saata qədər gecikdirdi: Barələrində protokol tərtib edildi

Bakı. Trend:

Yanvarın 26-da sərnişinlərin qanunsuz hərəkəti Azərbaycan DəmirYollarının Ağstafa–Bakı qatarının mənzil başına gec çatması vədigər sərnişinlərin ciddi narahatlığına səbəb olub.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuatxidmətindən bildirilib.

Belə ki, ötən gün saat 17:58-də Gəncə stansiyasında yoxlamaməntəqəsində sərnişinlərin qeydiyyatı bitdikdən sonra 2 nəfərsərnişin biletləri təsdiqlənmədən və şəxsiyyətlərini təsdiq edənsənədləri yoxlanılmadan ADY əməkdaşlarına müqavimət göstərərəkkənardan keçməyə cəhd göstərib. Onların qatardan düşməkdən imtinaetməsi və gediş qaydalarını pozması nəticəsində qatar Bakıya 53dəqiqə gecikmə ilə çatıb.

Həmin sərnişinlər Bakı Dəmiryol Vağzalında qatardan düşərkənpolis əməkdaşları tərəfindən bölməyə aparılaraq barələrindəinzibati protokol tərtib olunub.

Qeyd edək ki, “Ümumi istifadədə olan dəmiryol stansiyalarında,vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlaraminiyinin təşkili barədə Təlimat”a əsasən, ADY-nin rayonlararasıistiqamətlərə hərəkət edən sərnişin qatarlarına minik zamanıstansiyalarda quraşdırılmış yoxlama məntəqəsində sərnişinin gedişsənədi (bilet), gediş sənədinin rəsmiləşdirilməsində istifadəolunan şəxsiyyəti təsdiq edən sənədin əsli, eləcə də əl yükününçəkisinin və ölçülərinin (qabarit) müəyyən edilmiş qaydalarauyğunluğu yoxlanılır. Bundan başqa Nazirlər Kabinetinin təsdiqetdiyi “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın vəyük-baqajın daşınması Qaydaları”nın 3.9.1. bəndinə uyğun olaraqqatara minik zamanı və ya yol gedərkən gediş qaydalarını pozansərnişinlər polis tərəfindən qatardan düşürülə bilər, həmçinin3.31.10. bəndinə uyğun olaraq sərnişinlər tərəfindən vaqonbələdçisinin və qatarın digər işçilərin işinə maneçiliktörədilməsinə yol verilməməlidir.

Sərnişin məmnuniyyətinin, eləcə də xidmət keyfiyyətininartırılmasına, sərnişinlərin mənzil başına rahat və təhlükəsizçatdırılmasına xüsusi diqqət yetirən ADY vətəndaşları “Ümumiistifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərinplatformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat”riayət etməklə qatarın hərəkətə başlamasından 1 saat öncə yoxlamaməntəqələrində qeydiyyatdan keçməyə və qatarın hərəkətinə maneolacaq davranışlardan çəkinməyə çağırır.

Seçilən
2
19
az.trend.az

10Mənbələr