İsrailin ifrat sağçı keçmiş milli təhlükəsizlik naziri, Yəhudi Gücü Partiyasının lideri İtamar Ben-Qvir fələstinlilərin Qəzzanın şimalına keçməsinə icazə verilməsinə reaksiya verib.
Publika.az xəbər verir ki, Ben-Qvir məsələ ilə bağlı sosial media hesabında açıqlama yayıb.
“Bu səhər Netzarimin açılışı və minlərlə qəzzalının şimala keçməsi HƏMAS-ın qələbəsinin və “ehtiyatsız sövdələşmənin” başqa bir alçaldıcı tərəfinin görüntüləridir”, - deyə o bildirib.
Ben-Qvir İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzaya hücumların əvvəlində dediyi "tam qələbəyə qədər hücumlara davam edəcəyik" ifadəsini xatırladıb: “Bu, (fələstinlilərin şimala keçməsinə icazə vermək) zəfərə bənzəmir, tam təslim olmaq kimi görünür”.