İngiltərədə 200 şirkət daimi dördgünlük iş həftəsi kampaniyasına qoşulub.İngiltərədə fəaliyyət göstərən "4 Day Week Foundation" tərəfindən həyata keçirilən kampaniyaya ölkənin müxtəlif sektorlarından 200 şirkət qoşulub.5000-dən çox işçisi olan bu şirkətlər daimi olaraq dördgünlük iş həftəsi prinsipini qəbul ediblər. Bildirilib ki, şirkətlərdə həftəlik iş günü gəlir itkisi olmadan 32 saat təşkil ediləcək.Sözügedən şirkətlərdən 30-u marketinq, reklam və mətbuatla əlaqələr şirkəti olduğu halda, bunu 29 xeyriyyə və qeyri-hökumət təşkilatı, 24 texnologiya, internet texnologiyaları və proqram təminatı şirkəti, 22 məsləhət və idarəetmə şirkəti izləyib.Dördgünlük iş həftəsinə qoşulan 200 şirkətdən 59-u Londonda yerləşir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta