AZ

Muzeydən Daçya artefaktları oğurlandı

Niderlandın  Drente muzeyindən ümumi dəyəri 6 milyon avro olan qədim Daçya artefaktları oğurlanıb.

KONKRET.az xəbər verir ki,  oğurlanan eksponatlar arasında 4,3 milyon avro dəyərində qızıl dəbilqə və hər biri yarım milyon avro dəyərində üç qızıl bilərzik də var.

Bu nadir artefaktlar müasir Rumıniya ərazisində mövcud olan və eramızın II əsrinin əvvəllərində Roma İmperiyası tərəfindən fəth edilmiş Daçya sivilizasiyasına aid idi. Yanvarın 25-də quldurlar   Drenthe muzeyinə daxil olmaq üçün partlayış törədiblər. Polis oğuruları axtarır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
37
konkret.az

1Mənbələr