Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 28-də Səudiyyə Ərəbistanına səfər edəcək.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.
Bildirilib ki, diplomat Ər-Riyadda Türkiyə-Səudiyyə Koordinasiya Şurasının iclasında iştirak edəcək.
Qeyd olunub ki, Fidan burada Səudiyyə Ərəbistanı rəsmiləri ilə Yaxın Şərqdəki vəziyyəti də müzakirə edəcək.
Daşqın HəsənovMissiya.Az