Çin hakimiyyəti Serbiya Prezidenti Aleksandar Vuçiçi dəstəkləyir və onun milli sosial-iqtisadi inkişafın təmin edilməsində göstərdiyi səyləri uğurlu hesab edir.
“Yeni Azərbaycan" TASS-a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq belə bəyanatla Serbiyadakı etiraz aksiyalarını şərh edərkən çıxışında bildirib.
"Son illər Prezident Vuçiçin rəhbərliyi altında Serbiya öz müstəqilliyini və suverenliyini qətiyyətlə qoruyub saxlayır və sosial-iqtisadi inkişafda böyük tərəqqiyə nail olub. İnanırıq ki, Serbiya tərəfi ümumi sosial sabitliyi və inkişafdakı müsbət impulsu qoruyub saxlamaq üçün müdrikliyə və bacarığa malikdir", - o, brifinqdə qeyd edib.
Mao Nin bildirib ki, Çin həmişə Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edib, sabitliyin və milli maraqların təmin edilməsində göstərdiyi səyləri dəstəkləyib.
Onu da qeyd edək ki, noyabr ayından etibarən Serbiyada tələbələr və müxalifət qüvvələri Novi-Sad, Belqrad və bir sıra digər şəhərlərdə etiraz aksiyaları keçirirlər. İştirakçılar noyabrın 1-də Novi-Sad dəmir yolu vağzalında uçqunun baş verdiyi vaxtda, yəni saat 11:52-də 15 dəqiqə müddətinə küçələri bağlayırlar. Faciənin baş verməsində təqsirkar olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirlər. Təhsil müəssisələrinin tələbələri etiraz aksiyalarında fəal iştirak edirlər. Təxminən 50 universitet və gimnaziya tələbələrin boykotu səbəbindən fəaliyyətini dayandırıb.
Havar Şəfiyeva